Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Serbiya DİN-dən insident nəticəsində zərərçəkənlərin olmadığı bildirilib. Partlayışın səbəbləri hələlik bəlli deyil. Araşdırma aparılır.
Yaxınlıqdakı evlərin sakinləri bildiriblər ki, partlayışın gücündən evlərin pəncərələri titrəyib. Partlayış biznes mərkəzi yaxınlığında baş verib. Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib.