24 Aprel 2014 12:22
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Müdafiə Nazirliyindən verilən məlumata görə, hava sərhəddinin yaxınlığında Rusiya təyyarələri göründükdən sonra nazirliyin qərarı ilə Tifon qırıcılarını havaya qaldırıb.

Teleqraf.com-un verdiyi məlumata görə, Britaniya qiriciları Şotlandiyada yerləşən Krallıq Hava Qüvvələri bazasından havaya qalxıb.

Bundan sonra Rusiya təyyarələrinin hərəkət istiqamətini dəyişdiyi bildirilir.

Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, analoji hadisə ötən il ərzində səkkiz dəfə baş verib.

Nazirlik rəsmisinin verdiyi məlumata görə, qırıcılar Şotlandiyanın şimal sərhəddində görünən hərbi təyyarələrin uçmasını araşdırmaq üçün göndərilib.

"Qırıcıların Rusiya hava hərbi qüvvələrinə aid olduğu dəqiq məlumdur", -deyə, o bildirib.

Nazirlik nümayəndəsi onu da qeyd edib ki, Rusiya təyyarələri Britaniyaya yaxınlsa da, heç vaxt icazəsiz Britaniyanın hava sərhədlərini pozmayıb.

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər