Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Makkeyn Rusiyanın ötən il ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi iddialarını şərh edərkən deyib ki, Moskvaya yeni sanksiyalar tətbiq edilməlidir.
Makkeyn Avstraliya dövlət televiziyası ABC-yə verdiyi müsahibəsində Putini İŞİD-dən daha böyük təhdid hesab etdiyini açıqlayıb.
Con Makkeyn Rusiyanın ABŞ-da keçirilən son prezident seçkilərinə müdaxiləsinə dair bir fakt olmadığını qeyd etməklə yanaşı bildirib ki, Fransada keçirilən son prezident seçkilərinin nəticələrinin dəyişdirməyə çalışdığı açıq görünüb:
“Rusların önümüzdə ən böyük problem olduğunu düşünürəm. Bu səbəbdən də sanksiyaları bir qədər də sərtləşdirmək lazımdır. Tətildən sonra Senatın Rusiyanın davranışları səbəbindən yeni sanksiya və cərimələri gündəmə gətirəcəyinə ümid edirəm”.