17 İyul 2014 14:22

Ukrayna ordusu Donetsk vilayətinin Marinovka rayonunda separatçılara ağır zərbələr endirib.

Alınana məlumata görə, rusiyameyilli silahlılar bu gecə hərçilərin nəzarəti altında olan blokpostlara 4 dəfə hücum edib. Separatçılar hücumları 5 tankdan və bir neçə BTR-dən də istifadə edib. Ordu qüvvələrinin cavab atəşi nəticəsində separatçıların 3 tank, 2 BTR və 3 avomobilin məhv edildiyi bildirilir. Hər iki tərəfdən ölən və yaralananların olduğu deyilir.

Hazırda Luqanskda da qızğın döyüşlər gedir. Separatçılar minomyotlarda hərbçilərin ordunun nəzarəti altında olan blokpostları atəşə tutub. Ölənlərin olmadığı bildirilir.

/ans press/


Müəllif:
Загрузка...