30 May 2017 19:13
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mediasında "qırmızı şərfli qız" kimi təqdim olunan Ayşə Dəniz Karacagil Suriyanın Rakka şəhərində İŞİD terror təşkilatı tərəfindən öldürülüb.

Teleqraf.com "Hurriyət"ə istinadən xəbər verir ki, Ayşə Dənizin adı Türkiyədə 2013-cü ilin oktyabr ayında baş vermiş "Gəzi olayları"ndan məşhurdur. Həmin proseslərdə fəal iştirak etmiş Ayşə Dənizə qarşı iki fakt üzrə cinayət işi açılıb və barəsində 103 il azadlıqdan məhrumetmə hökmünün çıxarılması istənilib. Amma

PKK düşərgələrində "qırmızı şərfli qız" adlandırılan 24 yaşlı Ayşə 4 ay 6 gün azadlıqdan məhrum edilmişdi. Həbs müddəti bitəndən sonra o, şərti olaraq azadlığa buraxılmışdı.

Qanunsuz olaraq yaşadığı ünvanı tərk edən Ayşə Dəniz Suriyada PYD-yə qoşularaq İŞİD-ə qarşı silahlı mübarizə aparıb. Bir neçə gün öncə İŞİD bir neçə silahlı kürdü, o cümlədən Ayşə Dənizi mühasirəyə alaraq öldürmüşdü.


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər