Rusiya hərbi dəniz donanmasının gəmiləri Aralıq dənizində raket buraxılışı təlimləri keçirəcək.
Teleqraf.com "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyinin rəsmi saytında məlumat yer alıb. Artıq bununla bağlı təlim zonasından uçan digər ölkərə aid aviasiya və gəmilərə xəbərdarlıq edilib.
Təlimlərdə Rusiyaya məxsus ən yeni freqatlar — “Admiral Qriqoroviç”, “Admiral Essen” və növbətçi gəmi “Smetlivıy” iştirak edir.