31 May 2017 18:58
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəsmi Tallinin atdığı addıma cavab olaraq iki eston diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.

“Estoniya diplomatik nümayəndəliyinin başçısına Tallinin qeyd olunan provokativ addımına cavab olaraq Estoniyanın Sankt-Peterburqdakı baş konsulu Y.Kirikmyae və baş koksulluğun Pskov dəftərxanasının müdiri K.Kanarikin person-non-qrata elan olunmalarına dair nota təqdim olunub. Notada adları qeyd olunan eston diplomatlara beş gün ərzində Rusiya Federasiyası sərhədlərindən çıxmaq göstərişi verilib”.

Qeyd edək ki, mayın 26-da Rusiyanın Estoniyanın Narva şəhərindəki baş konsulu Dmitri Kazyennov və konsul Sergey Surqayev ölkədən çıxarılıb.

Rus diplomatların Estoniyadan çıxarılması qərarını şərh edən Rusiya Xarici İşlər Nazirliyi bunu növbəti qeyri-dost və heç bir əsası olmayan akt adlandırıb və cavabsız qalmayacağını vurğulıayıb.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər