1 İyun 2017 19:30
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp İsraildəki səfirliyin binasının Təl-Əvivdən Qudsə daşınmasına dair seçkiqabağı vədini icra etməkdən müvəqqəti imtina edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin adı açıqlanmayan nümayəndəsi vildirib ki, Tramp ABŞ-ın İsraildəki səfirliyinin binasının Təl-Əvivdən Qudsə köçürülməsinə dair planın indiki məqamda icra edilməsini təxirə salıb: "Burada söhbət planın imtinasından deyil, vaxtın müəyyən edilməsindən gedir".

Ağ Evin yaxın vaxtlarda ABŞ-ın İsraildəki səfirliyinin binasının köçürülməsi barədə rəsmi açıqlama verəcəyi gözlənilir.


Müəllif: Ruslan Xəlil