2 İyun 2017 00:05

ABŞ prezidenti Donald Tramp ölkənin iqlim üzrə Paris Sazişindən çıxdığını elan edib.

"ABŞ iqlim üzrə Paris Sazişindən çıxacaq", - deyə Donald Tramp bildirib.

Qeyd edək ki, ötən həftə sonu “Böyük yeddilik” ölkələrinin liderləri iqlim məsələləri bağlı sazişdə vahid mövqeyə gəlməyə çalışsalar da, ABŞ-ın mövqeyi səbəbi ilə bunun mümkün olmayacağını bəyan ediblər.

D.Tramp isə öz növbəsində sazişlə bağlı yekun qərarını bu həftə açıqlayacağını bildirib və KİV-lərdə yayılan informasiya qərarın artıq verilməsindən xəbər verir.

/Trend/


Müəllif: Teleqraf.com
Загрузка...