2 İyun 2017 09:21
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 00:20

Filippinin paytaxtı Manilanın mehmanxana komplekslərinin birinin yaxınlığında atışma olub.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, atışma nəticəsində 30-a yaxın şəxs yaralanıb. Atışmadan sonra güclü partlayış olub. Məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Filippinin Maravi şəhərində İŞİD silahlıları və hökumət qüvvələri arasında toqquşmalar davam edir. Ordu rəsmiləri toqquşmalarda 130 nəfərin öldüyünü və minlərlə insanın şəhəri tərk etdiyini bəyan edib.

***

Filippinin paytaxtı Manilanın mehmanxana komplekslərinin birinin yaxınlığında baş verən silahlı insident zamanı 34 nəfər ölüb.

Məlumatlara görə, insident hökumət qüvvələri ilə İŞİD terrorçuları arasında olub. Hadisə nəticəsində 54 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com