2 İyun 2017 20:13
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mətbuatı Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı Vaşinqtonda yaşanan olaylar üzündən Türkiyəyə sanksiya tətbiq ediləcəyi barədə məlumat yayıb.

"Nyu York Tayms" qəzetində gedən məqalədə qeyd olunur ki, Ərdoğanın Vaşinqtona ziyarəti zamanı Türkiyə səfirliyinin qarşısında prezidentin cangüdənlərinin etirazçılara güc tətbiq etməsi iki ölkə arasındakı silah alqı-satqısı anlaşmasını risk altına qoyur.

Qəzet baş verənlərdən sonra ABŞ-Türkiyə arasında 1.2 milyon dollar dəyərində silah satışı anlaşmasının gələcəyinin sual altında olduğunu yazıb.

Məsələ ilə bağlı nə ABŞ, nə də Türkiyə tərəfi qəzetin sorğusuna cavab verməyib.


Müəllif: Ruslan Xəlil