2 İyun 2017 21:12
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın qlobal iqlim dəyişikliyilə bağlı Paris anlaşmasından imtina qərarını müsbət qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, Putin bu gün keçirdiyi mətbuat konfransında Trampın qərarından məmnun qaldığını və ona minnətdarlıq etdiyini dilə gətirib.

Hər bir ölkənin iqlim dəyişikliyinə qarşı mübarizədə məsuliyyətini dərk etməli olduğunu deyən Putin ingiliscə "dont worry, be happy" (narahat yox, xöşbəxt olun), deyə bildirib.

Putin qeyd edib ki, Paris anlaşmasındakı bütün hökmlər dövlətlər üçün keçərlidir. Bütün ölkələr qərarlarını verəcəklər.


Müəllif: Teleqraf.com