2 İyun 2017 22:39
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya İncirlikdəki hərbi bazanı tərk etmək üçün ABŞ-dan yardım istəyib.

Teleqraf.com xəbər verir ki, Almaniyanın xarici işlər naziri Siqmar Qabriel yaxın günlərdə Ankaraya edəcəyi səfərdə problemin həllinə çalışacağını və nəticəyə əsasən qərar verəcəklərini bildirib.

Türkiyə ilə anlaşma ehtimalının aşağı olduğunu zənn edən Berlin İncirlikdəki kəşfiyyat qırıcılarının İordaniyaya göndərmək niyyətindədir.

İncirlik ətrafında yaranan gərginlik bu günlərdə ABŞ-Almaniya arasında keçirilən görüşlərdə də müzakirə olunub. Almaniya İncirlikdəki hərbi texnikanın sürətli nəqli üçün Ağ Evdən kömək istəyib. ABŞ ilkin razılığını ifadə edib.

İncirlikdə 260-a yaxın alman əsgər xidmət edir. Almaniyanın "Tornado" hərbi qırıcıları "Recce" adlı yüksək keyfiyyətli kameraları ilə Suriya və İraqda İŞİD-ə qarşı kəşfiyyat aparır. Əldə olunan informasiyalar koalisiya güclərinə təqdim edilir. Almaniyanın incirlikdəki "Airbus A310" tipli hərbi təyyarələri də İŞİD-ə qarşı əməliyyatlarda iştirak edir.


Müəllif: Teleqraf.com