2 İyun 2017 22:54
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qvineya, Kot-d'İvuar, Küveyt, Peru və Polşa bu gün 2018-2019-cu illər üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) yeni üzvləri seçilib. Bunu səslər sayıldıqdan sonra BMT Baş Assambleyası sessiyasının sədri Piter Tomson elan edib.

Kot-d'İvuarı BMT-yə üzv dövlətlərin 189-u dəstəkləyib, Küveyt 188, Qvineya 185, Polşa 190, Peru isə 186 səs alıb. Bu ölkələr TŞ-də gələn il yanvarın 1-dən Misir, Seneqal, Yaponiya, Uruqvay və Ukraynanı əvəz edəcəklər.

Xatırladaq ki, BMT TŞ-yə 15 ölkə daxildir: beş daimi üzv – Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa, habelə hər il yarısı yenilənən 10 müvəqqəti üzv.

Təhlükəsizlik Şurasının işinə TŞ-yə üzv dövlətlərdən birini təmsil edən sədr rəhbərlik edir. İyun ayında bu funksiyanı Boliviya yerinə yetirəcək.
/azərtac/


Müəllif: Teleqraf.com