3 İyun 2017 00:14
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nürnberqdə "Rock am Ring" festivalının izləyiciləri terror aktı təhlükəsi ilə əlaqədar təxliyə edilib.

Bu barədə festivalın təşkilatçıları "Facebook" sosial şəbəkəsində məlumat veriblər.

"Terror təhlükəsi ilə əlaqədar polis festivalı dayandırmağı təvsiyə edib. Biz bütün izləyiciləri festivalın keçirildiyi yeri tərk etməyə çağırırıq" – deyə bəyanatda bildirilir.

/Report/


Müəllif: Teleqraf.com