3 İyun 2017 11:20
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada polislə etirazçılar arasında baş verən toqquşmalarda 15 min insan yaralanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Venesuela müxalifətinin lideri Enrike Kapriles məlumat verib.

Onun sözlərinə görə, hakimiyyət hər vəchlə bu rəqəmləri gizlətməyə çalışır: "Rəsmi məlumatlarda toqquşmalar zamanı 1100 insanın xəsarət aldığı deyilir. Ancaq rəqəmlər daha böyükdür. Olaylar nəticəsində 64 nəfər öldürülüb".

Qeyd edək ki, Venesuelada iğtişaşlar aprelin əvvəlində Ali məhkəmənin milli assambleyada müxalifətin iştirakını məhdudlaşdırmaq qərarından sonra başlayıb.


Müəllif: Samir