3 İyun 2017 12:50
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın Cümə məscidinin axundu Məhəmməd İmami Kaşani Səudiyyə Ərəbistanı ilə Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, öz çıxışında ABŞ Prezidenti Donald Trampın Ər-Riyada səfərinə və bölgənin mövcud durumana toxunan axund regiondakı müsəlmanları Səudiyyə Ərəbistanı hökumətinə qarşı ayağa qalxaraq, onu yıxmağa çağırıb:

“Səudiyyə rəhbərliyi cinayət törətmək istəyir. Belə olan halda müsəlmanlar ona qarşı üsyana etməlidir. Axı bu necə bir vəziyyətdir ki, Tramp bölgəyə səfər edir, Səudiyyə Ərəbistanı hökmranları ilə görüşür, öz ölkəsinə qayıdarkən isə deyir ki, biz sərmayələrimizin bir hissəsini Amerikaya qaytardıq. Halbuki bu sərmayə onların deyil. Bu, Səudiyyə Ərəbistanı millətindən oğurlanmış pullardır. Səudiyyə hökmranı isə Amerikanın nökəridir.

Mənim Səudiyyə hökuməti ilə işim yoxdur. Onun vəziyyəti hamıya bəllidir. Mən üzümü müsəlman millətlərə və bölgənin digər hökmranlarına tutub soruşuram, məgər “Quran” deməyib ki, kafirlər müsəlmanlara hakim olmamalıdır. Bunu bilmək lazımdır ki, hər kəs Trampın və sionistlərin ipi ilə quyuya düşmək istəsə, sonunda məhv olacaq. Hesab edirəm ki, islam dünyası ayıq olmalıdır”.


Müəllif: Samir