3 İyun 2017 16:43
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusu – SEPAH-ın daha bir üzvü Firidun Əhmədi Suriyada gedən müharibədə həlak olub.

Teleqraf.com-un məlumatına görə, Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl İranın Kirmanşah şəhərindən Suriyaya göndərilən SEPAH muzdlusu iyunun 1-də bu ölkədə hökumətə müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülüb.

Bildirilir ki, SEPAH üzvünün cənazəsi iyunun 3-ü axşam Kirmanşah şəhərində dəfn ediləcək.

Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə SEPAH üzvü Bəşər Əsədə müxalif qüvvələr tərəfindən öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan SEPAH-ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.


Müəllif: Səxavət