3 İyun 2017 18:34
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Rakkaya aviazərbələr endirib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, hadisə nəticəsində 43 nəfərdən artıq dinc sakin həlak olub.

Suriya Dövlət Televiziyası şahidlərə istinadən bildirib ki, koalisiyanın təyyarələri dinc sakinlərin yaşadığı binanı vurub.

Rusiya və ABŞ tərəfi hələlik olayla bağlı açıqlama verməyib.

Rakkanın azad edilməsi uğrunda əməliyyatı Suriya Demokratik Qüvvələri (SDQ) həyata keçirir. SDQ-nin tərkibinə kürd və ərəblərdən ibarət hərbi dəstələr daxildir. ABŞ aviasiyası və xüsusi təyinatlıları Rakkanın azad edilməsi əməliyyatına dəstək verir. Rəsmi Dəməşq isə ABŞ hərbçilərinin ölkədə Suriya hakimiyyətinin razılığı olmadan əməliyyatlar həyata keçirdiyini, xüsusən Suriyanın şimalında amerikalı hərbçilərin olmasını intervensiya hesab etdiyini açıqlayıb.


Müəllif: Teleqraf.com