3 İyun 2017 22:15
442

Məşhur rusiyalı müxalif siyasətçi Aleksey Navalnı bu gün Rusiyanı tərk edib.

Teleqraf.com “Layf”a istinadən xəbər verir ki, o, Avropa ölkələrindən birinə, güman ki, Fransaya yollanıb. Navalnı reysin digər sərnişinin diqqətini cəlb edib, onlardan biri siyasətçini videoya çəkib. Videoda müxalif liderin Vnukovo hava limanında həyat yoldaşı ilə qeydiyyatdan keçdiyi görünür.

Navalnı sonuncu dəfə xarici səfərini Barselonaya reallaşdırmışdı. O, bunu hücuma məruz qaldığı vaxt gözündən zədə alması və orada müalicə olunacağı ilə əlaqələndirmişdi. Ancaq o da məlum olub ki, iyunun 4-də Navalnının doğum günüdür. Güman etmək olar ki, siyasətçi doğum gününü xarici kurortlardan birində qeyd etmək qərarına gəlib.

A.Navalnı xaricə getməsi barədə sosial şəbəkədə hər hansı qeyd paylaşmayıb.

Səxavət


Müəllif: Səxavət
Загрузка...