3 İyun 2017 23:58
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı fransalı fotoqraf Matias Depardonu həbsdən azad etməyə çağırıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Fransa prezidenti Ərdoğanla telefon danışığı zamanı Depardonun taleyindən narahat olduğunu bildirib. O, Türkiyə rəhbərini Depardonu mümkün qədər tez Fransaya göndərməyə çağırıb.

Qeyd edək ki, National Geographic jurnalının tapşırığı ilə Batmanın Həsənkef rayonuna gedən Matias Depardon mayın 8-də orada həbs olunub. O, PKK-nı təbliğ etməkdə günahlandırılır.


Müəllif: Teleqraf.com