4 İyun 2017 00:23
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Talıb Rüstəmova məxsus “VAZ-2107” markalı avtomobildən 1500 manat oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Digah qəsəbə sakini Mətləb Abbasov və Bakı şəhər sakini Hüseyn Süleymanov tutulublar.

Mətləb Abbasov və Hüseyn Süleymanovun əvvəllər məhkum olunduqları üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov