4 İyun 2017 17:38

01:39

Londonda sürücü körpünün üstündə mikroavtobusu piyadaların üzərinə sürüb. Bundan dərhal sonra ərazidən əhalinin evakuasiyasına başlanıb. Hadisə yerində silah səsləri eşidilib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, körpüdə baş verən hadisə nəticəsində bir neçə nəfər ölüb, 20 nəfərə yaxın şəxs yaralanıb. Bu barədə hadisənin şahidləri bildirib.

"London körpüsündəki hadisəni araşdırırıq. Zabitlər hadisə yerindədir", - polisdən bildiriblər.

***

Londonda baş verən iki terror aktı nəticəsində ölü və yaralı sayı artıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı 3-ü terrorçu, 6-sı dinc sakin olmaqla 9 nəfər ölüb.

Polisdən verilən məlumata görə, 48 nəfər isə yaralı halda xəstəxanalara çatdırılıb.

***

Skotland-Yarddan verilən xəbərə görə, terrorda iştirakda şübhəli bilinən 12 nəfər həbs edilib.

"Terrorçuların saxlanılması Londonun şərqində yerləşən Barkinqdə keçirilən əmliyyatlar zamanı həyata keçirilib", - polisin açıqlamasında bildirilir.

Hazırda xüsusi təyinatlı qüvvələr terrorçulardan birinin evində axtarırş aparır.

Skotland-yard saxlanılanların kimliyi haqda məlumatı gizli saxlasa da, "Röyter" hadisə yerində olan öz fotoqrafına istinadən xəbər verir ki, onlardan 4-ü qadındır.

"Onların çoxotaqlı mənzilindən üzü bağlı olan 4 qadın çıxarılıb. Onları iki polis mikroavtobusunda apardılar", - agentlik xəbər verir.


Müəllif: Teleqraf.com
Загрузка...