4 İyun 2017 10:53
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı Mosuldan qaçmağa çalışan 120 dinc sakini qətlə yetirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İraq Daxili İşlər Nazirliyinin nümayəndəsi Dərgəm Heydəri məlumat verib.

Onun sözlərinə görə, dinc sakinlərin cəsədləri Mosula gedən yolun kənarlarından tapılıb. Heydəri əlavə edib ki, hazırda Mosul şimal qapısında İraq ordusu ilə İŞİD terrorçuları arasında şiddətli döyüşlər davam edir.


Müəllif: Şəfiqə Nazimqızı