4 İyun 2017 18:17
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Vladivostok bölgəsində dəhşətli hadisə kameralara əks olunub.

Teleqaf.com xarici mediaya istinadən xəbər verir ki, iki iti ilə gəzməyə çıxan yaşlı qadın gözlənilməz hadisə ilə qarşılaşıb.

Qadın qonşusu olan gənc qızın qara itlərinin hücumuna məruz qalıb. Heyvanlar qadının itlərini boğub və qadına xəsarət yetiriblər. Gənc qızın müdaxiləsindən sonra itlər qadından aralanıb.

Həmin videonu təqdim edirik:


Müəllif: Şəfiqə Nazimqızı