4 İyun 2017 22:13
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri iyunun 3-ü gecəsindən başlayaraq Suriyanın bir neçə şəhərə və qəsəbəsində İŞİD-ə qarşı avia zərbələr endirib.

Eyni zamanda PKK-nın Suriya qolu olan PYD-də Rakkada İŞİD-in nəzarətində olan bir neçə mühüm kəndi ələ keçirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, YPG-nin təsis etdiyi Demokratik Suriya Qüvvələri (DSQ) ələ keçirilən bölgələrdə inzibati idarəetməni təşkil edəcəklərini bəyan edib.

PYD-nin mühasirəsində olan İŞİD-in Suriyanın digər bölgələrilə əlaqələri tam kəsilib. Hazırda bölgədə şiddətli döyüşlər gedir. Yaxın günlərdə genişmiqyaslı əməliyyatlara başlanılacağı bildirilir.


Müəllif: Teleqraf.com