5 İyun 2017 09:21
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin Taiz şəhərində hökumət qüvvələrilə ilə husilər arasında davam edən silahlı qarşıdurma zamanı 12 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 2-si hərbçi, 10 nəfər isə silahlı militandır.

Husilər Yəmənin Taiz, Sittin, Əl-Huban bölgələrini mühasirədə saxlayır. Yəmən ordusu ötən ilin avqustunda Xalq Müqaviməti Hərəkatının dəstəsiylə mühasirəni yarmağı bacarmışdı.

Yəməndə iki ildir ki, husilər və ona dəstək verən sabiq prezident Əli Abdullah Salihin tərəfdarları ilə seçilmiş hökumətin qüvvələri arasında müharibə gedir.


Müəllif: Teleqraf.com