Oxşar xəbərlər
Teleqraf.com xəbər verir ki, bu fərqi “Sputnik”in apardığı sorğu üzə çıxarıb. Sorğu alyansın Brüsseldə keçirilən sammiti ərəfəsində aparılıb.
Böyük Britaniya əhalisinin yarıdan çoxu, Fransa əhalisinin isə 44 faizi hərbi xərclərin artırılmasını düzgün hesab edir. Bu nöqteyi-nəzəri, əsasən, ali təhsilə malik insanlar dəstəkləyir.
İtaliya və Almaniyada isə əksinə, ali təhsilli respondentlər hərbi xərclərin artırılmasına razı deyillər.
Qeyd olunur ki, 3203 nəfərin iştirak etdiyi sorğu 21-25 apreldə ictimai rəyin öyrənilməsi ilə məşğul olan nüfuzlu fransız şirkəti IFop tərəfindən aparılıb.