11 İyun 2017 08:07
2 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xüsusi xidmət orqanları Tehranda iyunun 7-də baş verən terrorun təşkilatçısını məhv edib.

Teleqraf.com-un Tasnim-ə istinadən xəbərinə görə, bu barədə İranın informasiya naziri (xüsusi xidmət orqanlarının rəhbəri) ayətulla Mahmud Ələvi bildirib.

"Parlament və imam Xomeyninin məqbərəsinə terror hücumunun təşkilatçısı və əsas rəhbəri bu gün xüsusi xidmət orqanlarının döyüşçüləri tərəfindən məhv edilib", - nazir deyib.

Qeyd edək ki, iyunun 7-də Tehranda baş verən terror aktları nəticəsində 17 nəfər həlak olub, 50 nəfərə yaxın adam yaralanıb.


Müəllif: Nilufər