15 İyun 2017 15:50
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 20-də Moskvada Fransanın xarici işlər naziri Jan-İv Le Drianla danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, danışıqlar zamanı terrorçuluğa qarşı birgə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin, Suriya və Ukrayna böhranının nizamlanması, həmçinin, dünyanın gündəmində olan digər aktual məsələlər müzakirə ediləcək.


Müəllif: Səxavət