Oxşar xəbərlər
Misir Qəzzada atəşkəsin təmin edilməməsindən dolayı Türkiyə, Qətər və HƏMAS-ı günahkar sayır.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Misir xarici işlər naziri Samih Şükri Misirin İsrail və Fələstin arasında atəşkəsi təmin etmək üçün göstərdiyi səylərin Türkiyə və Qətər tərəfindən baltalandığını bildirib.
Reuters Misirin rəsmi xəbər agentliyi MENA-ya istinadən xəbər verir ki, Misir xarici işlər naziri Samih Şükri "HƏMAS Misirin atəşkəs təklifini qəbul etsəydi, ən az 40 fələstinlinin həyatını qurtarardı" deyib.
Bənzər bir suçlama ötən gün İsrail xarici işlər naziri Aviqdor Liberman tərəfindən də irəli sürülüb. Lieberman "Türkiyə və Qətər Misirin atəşkəs təklifini qəbul etməməsi üçün HƏMAS-a təzyiq edir" deyib.
Nihad