21 İyun 2017 16:06
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Naziri Şergey Şoyqu NATO qırıcılarının onun təyyarəsinə qarşı təhlükəli manevrlər etməsinə münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu kimi addımları qarşılıqlı inamsızlıq yaratdığını deyib.

Şoyqunun sözlərinə görə, inamsızlıq isə təhlükəsizlik sistemini çökdürür: "Bu addımlar bizi cavab tədbirləri görməyə vadar edir".

Qeyd edək ki, məlum olaydan dərhal sonra rus qırıcıları havaya qalxmış və NATO təyyarələrinin rusiyalı generalın laynerindən kənarlaşdırmışdı.


Müəllif: Samir