24 İyun 2017 09:19
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kipr danışıqları nəticə verməzsə, bu Yunanıstanla Türkiyə arasında gərginliyi artıra bilər.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras bildirib.

Birləşmiş Millətlər Təşkilatı iyunun 28-də onilliklər ərzində Kiprin yunan və türk sakinləri arasında münaqişə fonunda sülh razılaşması danışıqlara başlayacaq.

Baş nazir Brüsseldə bildirib ki, "nəticələr (uğursuzluq) təkcə daha bir imkanın itməsi deyil, həmçinin Yunanıstan-Türkiyə və Avropa münasibətlərini gərginləşdirə bilər".

"Bütün bunlar nəzərə alınmalıdır", cənab Tsipras əlavə edib. Yunanıstan və Türkiyə uzun müddətdir ki, Kipr uğrunda fikir ayrılıqları yaşayır.


Müəllif: Teleqraf.com