28 İyun 2017 13:23
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Anceles sakini iyunun 24-də, gecədən xeyli keçmiş doğma şəhəri üzərində 6 ədəd parlaq naməlum uçan obyektin hərəkət etdiyinin şahidi olub.

Teleqraf.com xəbər verir ki, həmin şəxs gördüklərinə heyran qalıb, həmçinin onları mobil telefonu ilə çəkməyə nail olub. Amerikalı əvvəlcə gördüklərinin təyyarə və ya helikopter olduğunu güman edib. Çünki onun evinin yaxınlığında iki aerodrom yerləşir. Ancaq diqqətlə baxıdıqda onların Yer kürəsinə xas hava gəmiləri olmadığını sezə bilib.

Altı ədəd naməlum uçan obyekt narıncı rəngdə sayrışaraq və daim tərzlərini dəyişərək səmada müxtəlif geometrik fiqurlar yaradıblar.

Bütün bunlar 3 dəqiqəyə yaxın davam edib. Daha sonra naməlum uçan obyektlər yüksəklərə qalxıb və gözdən itiblər.


Müəllif: Səxavət