1 İyul 2017 15:10
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nyu York Post” qəzeti ABŞ Prezidenti Donald Trampla bağlı cəmi üç sözdən ibarət məqalə dərc edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məqalə “Trampın tvitləri barədə” başlığı ilə dərc edilib və cəmi üç sözdən ibarətdir: “Dayan. Sadəcə dayan”.

Qeyd edək ki, Donald Tramp tvitter sosial şəbəkəsinin aktiv istifadəçisidir və tez-tez tvitlər paylaşır. ABŞ prezidenti bu yaxınlarda onu tənqid edən MSNBC telekanalının aparıcılarını “dəli” deyə təhqir etmişdi.


Müəllif: Nərgiz Cavadzadə