1 İyul 2017 21:12
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

20.57

ABŞ-ın Arkanzas ştatında gecə klubunda baş verən atışma nəticəsində ən azı 17 nəfər yaralanıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, onlardan birinin vəziyyəti ağırdır.

Fox News telekanalı yerli polisə istinadən yaralananlardan ən gəncinin 16 yaşında olduğunu bildirib.

Polis hadisənin terror aktı olmadığını, mübahisə zəminində baş verdiyini açıqlayıb.

21.12

ABŞ-ın Arkanzas ştatında "Pover Ultra Lunq" klubundakı atışma zamanı yaralananların sayının 28 nəfərə çatdığı bildirilir.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, onlardan 25 nəfəri odlu silahdan açılan atəşdən yaralanıb.

Yaralananlardan birinin vəziyyəti ağırdır.


Müəllif: Nilufər