2 İyul 2017 14:26
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika donanmasının və dünyanın ən böyük gəmisi olan "Corc Buş" İsrailin Hayfal Limanına gəlib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu, 17 ildən sonra İsraili ziyarət edən ikinci böyük təyyarə daşıyan gəmisidir. Buna qədər USS gəmisi İsraildə olub.

"Corc Buş" gəmisində 5700 dənizçi xidmət edir. Gəmidə F-18 qırıcı təyyarələri, V-22 və CH-23 vertolyotları, habelə 90-dan çox müxtəlif hava cihazları var. Gəminin uzunluğu 330 metrdir.

İki nüvə reaktoru olan gəminin qiyməti 4,5 milyard dollardan çoxdur.

Gəmi bundan sonrakı 50 il ərzində ABŞ Dəniz Donanmasının əsas zərbə gücü hesab ediləcək. Məlumatda qeyd olunur ki, sözügedən gəmi əlavə yanacaq götürmədən 20 il müddətində işləmək imkanına sahibdir.

Son iki il müddətində Ərəbistan Körfəzində olan "Corc Buş" gəmisinin Suriya və İraq ərazilərində İŞİD hədəflərini bombaladığı haqda xəbərlər də yayılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər