2 İyul 2017 15:10
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın Mərkəzi Demokratik Humanist Partiyasının Brüsselin region parlamentini təmsil edən sabiq nazir Coell Milquet həbs edilə bilər.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Milquetin nazir olduğu dövrdə əməkdaşlardan birinin elektron adresini araşdırdığı ortaya çıxıb.

Belçika polisi tərəfindən aparılan istintaq sabiq nazirin Cinayət Məcəlləsinin 550-ci maddəsini pozduğunu sübuta yetirə bilsə, Milquetin 1 il həbs cəzası və 26 min avro cərimə ediləcəyi gözlənilir.

Xatırladaq ki, 2014-cü ildə seçkilərdən əvvəl Coell Milquetin işə götürdüyü bir sıra şəxslər seçki kampaniyası dövründə təbliğatla məşğul olduqları ortaya çıxıb. 2016-cı ildə isə məhkəmə nazir Milquetin əleyhinə qərar çıxarıb. Bundan sonra o nazir vəzifəsindən istefa etmək məcburiyyətində qalıb.


Müəllif: Cavad