Teleqraf.com xəbər verir ki, bunu Rusiya Tarixçiləri Cəmiyyətinin sədri, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Polşada dekommunizasiya ilə bağlı qəbul edilən qanunu şərh edərkən deyib.
S.Narışkin bildirib ki, Polşa hakimiyyəti bu qanunu məqsədli şəkildə iyunun 22-də qəbul edib. Çünki həmin gün Rusiyada Xatirə və Hüzn Günü kimi qeyd olunur.
Qeyd edək ki, sözügedən qanun nəticəsində Polşada kommunizmi mədh edən 500-ə yaxın abidənin sökülməsi planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyi bununla əlaqədar olaraq bildirib ki, Polşa hakimiyyətinin bu addımı Moskva ilə Varşava arasındakı gələcək münasibətləri təxribata çəkir.