4 İyul 2017 09:17
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya növbəti ballistik raketini sınaqdan keçirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

Verilən məlumata əsasən, KXDR 09:39-da ballistik raket buraxıb. Buraxılan raket 930 kilometr uçub.

Pxyonan-Pukto vilayətindən Yapon dənizi istiqamətində buraxılan raket 40 dəqiqə uçduqdan sonra Yaponiyanın müstəsna iqtisadi zonasında yerə düşüb.

Qeyd edək ki, hava və dəniz gəmilərinə hər hansı ziyanın vurulması barədə məlumat yoxdur.


Müəllif: Günay Əli