Teleqraf.com xəbər verir ki, Türkiyənin Şanlıurfa ərazisində bir neçə gün əvvəl 60 dərəcə istilik qeydə alınıb. Dünən isə bu şəhərin Siverek qəsəbəsində termometr 61 dərəcə istilik göstərib.
Bu səbəbdən də Şanlıurfa sakinləri evlərindən bayıra çıxa bilməyib. Küçələr dərhal boşalıb, çöldə olan vətəndaşlar parklarda ağacların kölgəsinə sığınıb, uşaqlar isə çeşmə başına toplaşaraq yuyunublar.