Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, İran quraqlığı səbəb göstərərək Kiçik Zap çayı üzərində olan üç su səddini bağlayıb. Bununla da Bağdada gedən suyun qarşısı kəsilib.
İraq hökuməti bundan ciddi narahat olub. Müşahidələr isə göstərir ki, İranın bir dərdi də Türkiyənin böyük su layihələridir.
Hazırda neft döyüşlərinin kölgəsində yaşayan şərq yeni böhranla üz-üzə gəlir. Belə davam edərsə bir azdan su uğrunda döyüşlər şərq ölkələrinin qapısını döyəcək. Hazırda İran Zap çayı üzərindəki Silve, Viski və Kolse su səddinin qarşısını tam bağlayıb. Bununla paralel olaraq Şimali İraq Kürd Muxtariyyəti də Bağdada gedən suyun qarşısını kəsib.
İran rəsmiləri bildirib ki, Zap çayı üzərində olan bəndlərin qarşısı ən azı 60 gün müddətində bağlı olacaq.
Əkinçilik sahələrinin sulanmadığını bəyan edən İraqın Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətliləri isə Ərbilin Zap çayında suyun kəsməsini su qaynaqlarının gələcəyinə dair ciddi suallara işarə olunduğunu düşünür. Hazırda Şimali İraq Kürd Muxtariyyəti suyun qarşısını kəsməsinə səbəb kimi qonşu ölkələri göstərir. İraq rəsmiləri isə Türkiyə və İranın su mövzusunda həssas yanaşacağına ümid edir.
Ərbil isə qeyd edir ki, İranın suyun qarşısını kəsməsi Qala-Dize şəhərində 90 min adamın içməli su problemi yaşamasına səbəb olub.
Baş verən bu hadisələr səbəbindən balıq yetişdirən hövzələr, əkinçilik sahələri böyük zərər görür. Çünki çayların və su bəndlərin qarşısının kəsilməsi ilə DOKA su bəndində suyun səviyyəsini 60 faizə qədər azaldıb. Hətta Bağdadın Ərbildəki konsulluğu məsələ ilə bağlı kürd rəhbərliyi ilə görüş də keçirib, lakin bunun bir nəticəsi olmayıb.
Hətta bəlli olub ki, quraqlıq davam edərsə Dərbəndxan və DOKA su bəndlərinin də qarşısı bağlanacaq. Hazırda bu bənddə olan sudan İraqla yanaşı Şimali İraq Kürd Muxtariyyəti də istifadə edir.
İraq hökuməti bu hadisələrdən sonra risklərlə bağlı müzakirələr aparıb. Hökumət hesab edir ki, qonşu ölkələrdən gələn su qaynaqlarının qarşısının kəsilməsi yaxın gələcəkdə yeni risklər meydana çıxara bilər.
Qiymətləndirmələrə görə, bölgəni uzun vədəli ciddi siyasi böhranlar gözləyə bilər. Tehran hökumətinin İran-İraq müharibəsi zamanı buna bənzər addımlar atdığını xatırladan İraq Xarici İşlər Nazirliyi mənbələri su ilə bağlı qərarın şantaj olduğuna işarə edir.
Görünən budur ki, hazırda İran su qaynaqları vasitəsilə kürdləri və ərəbləri ram etməyə çalışır.
Bu ara o da bəlli olub ki, İraq hakimiyyəti quraqlıq səbəbindən Türkiyənin Fərat və Dəclə çaylarının qarşısını kəsməsinin böyük çətinliklərə gətirib çıxaracağını düşünür. Vəziyyətdən çıxmaq üçün müxtəlif ssenarilər üzrə müzakirələr aparır.