4 İyul 2017 19:39
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Berlindəki səfirliyi Almanyada hökumət evinin qarşısında Flipp Raç adlı sənətçi tərəfindən edilən təxribat xarakterli aksiyaya etiraz olaraq ölkənin xarici işlər nazirliyinə təcili nota ünvanlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, dünən Almaniyada Federal Hökumətin yerləşdiyi binanın qarşısında aksiya keçirilib. Aksiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizin rəsmləri nümayiş etdirilərək, "bu maşını qazanmaq istəyirsən? o zaman diktatorluğu öldür" yazılı pankart asılıb.

Siyasi Gözəllik Mərkəzi tərəfindən təşkil edilən aksiyaya Türkiyə ilə yanaşı Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən də etiraz bildirilib.

Türkiyənin notasında qeyd olunur ki, bu cür təxribat xarakterli aksiyalar iki ölkə arasındakı münasibətlərdə yaranan gərginliyin aradan qaldırılmasına xidmət etmir.


Müəllif: Ruslan

Oxşar xəbərlər