4 İyul 2017 20:31
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ilə ABŞ arasında yaşanan gərginliyi yumuşaltmaq üçün Rusiya və Çin birgə əməkdaşlıq etmək üçün razılıq əldə ediblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Moskvada bir araya gələnRusiya prezidenti Vladimir Putin və Çin prezidenti Şi Cinpinq Şimali Koreyanın nüvə istehsalını, ABŞ-ın isə regionda hərbi fəaliyyətini dayandırmaları mövzusunda anlaşıblar.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Şimali Koreyanın BMT-nin qərarlarına əməl etməsinin vacibliyi vurğulanır və ön şərt olmadan tərəflərin dialoq aparmasının əhəmiyyəti qeyd olunur.

Açıqlamada Şimali Koreyanın narahatlığının haqlı olduğu, bu ölkəyə hörmətlə yanaşılması bildirilir. Eyni zamanda diqqətə çatdırılır ki, ABŞ Cənubi Koreyaya yerləşdirdiyi THAAD raketlərini dərhal götürməldir.

Rusiya və Çin rəhbərliyi Şimali Koreya böhranının həlli üçün atılacaq addımlara beynəlxalq ictimaiyyətdən dəstək gözləyir.


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər