Teleqraf.com xəbər verir ki, olaydan sonra Türkiyənin Sahil Təhlükəsizlik Xidməti əraziyə öz gəmilərini göndərib. Öz növbəsində Yunanıstan tərəfi də hərbi gəmilərini Türkiyə ilə sərhədə yollayıb. Türkiyənin yük gəmiləri hər iki ölkənin hərbiçilərinin nəzarəti altında hərəkət edilər.
Qeyd edək ki, ötən gün Rodos adası yaxınlığında Türkiyənin İskəndərun limanından götürdüyü dəmir və poladı İzmitə daşıyan M/V ACT adlı, türk bayrağı ilə üzən quru yük gəmisi yunan sahil mühafizə kateri tərəfindən atəşə məruz qalıb.
Xəbərdarlıq məqsədilə açılan atəş nəticəsində gəminin göyərtəsinə 16 güllə dəyib.