Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, SEPAH komandanı kimi vəzifəsi 3 il müddətinə uzadılan Cəfəri qatıldığı tədbirdə çıxışı zamanı Ər-Riyadı sərt ifadələrlə tənqid edib: “Bu gün Səudiyyə Ərəbistanı rəhbərliyi bölgədə bir terrorçu dövlət halına gəlir. Regionda kifayət qədər güclü olan dövlətlərsə özlərini qoruya bilirlər”.
Qeyd edək ki, İnqilab Keşikçiləri Korpusu may ayında İran parlamenti və Xomeyninin türbəsinə edilən terror hücumuna görə Səudiyyə Ərəbistanını günahkar bilmişdi.