Toplantıda Rusiya, Türkiyə və İran nümayəndələri iştirak edib. Suriya rejimi və rejimə müxalifətdə olan qüvvələrin təmsilçiləri də müzakirələrə qatılıb.
Teleqraf.com xarici KİV-ə istinadla bildirir ki, toplantıda “təhlükəsizlik zolağı” haqda ortaq işçi qrupu yaratmaq qərara alınıb. Suriya hökumət nümayəndələri Ankaranın bu razılaşmaya əməl edəcəyini gözlədiklərini bildirib.
Astana görüşündə əldə edilən razılığa əsasən, tərəflər “təhlükəsizlik zolağı” ilə bağlı detallı müzakirələr aparmaq məqsədilə ortaq işçi qrupu formalaşdırıb.
Qazaxıstan Xarici İşlər naziri K.Abdrahmanov Astana görüşünün yekun bəyanatını oxuyub. Məlum olub ki, Astanada müzakirələrə qatılan heyətlər “təhlükəsizlik zolağı”nın sərhədlərinin müəyyən edilməsi istiqamətində əldə edilən tərəqqidən razı qalıblar.
Bəlli olub ki, ortaq işçi qrupu avqustun 1-də İranda toplanacaq. Avqustun sonlarında isə Astanada VI Suriya toplantısı keçiriləcək.
Bu arada xəbər yayılıb ki, Vaşinqton da Suriyada təhlükəsizlik ərazilər yaratmaq niyyətinə düşüb və hətta Moskva ilə ilkin müzakirələr aparıb.