Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri BMT Uşaq Fondunun sözçüsü Kristof Bolyark deyib.
Onun sözlərinə görə, qidalanma probleminə görə uşaqlar ishal olur: “Onların müalicəsi mümkündür, ancaq çirkli içməli sudan istifadə etdikləri müddətdə xəstəlik də davam edir. Bu mərhələdə içməli su problemi həll edilməlidir. Dünyadaki ən pis vəba epidemiyası Yəməndə müşahidə olunur.
Epidemiya bu ölkədəki on minlərlə uşaq üçün ölüm təhdididir. Yəməndə iki ildən artıq davam edən aktiv hərbi əməliyyatlar səbəbindən ölkədəki infrastrukrutun dağılması ölkədə vəba epidemiyasının yaranmasına şərait yaradıb”.
BMT-nin məlumatına əsasən, Yəməndə 27 apreldən bəri 21 şəhərdə 270 minə yaxın insan vəba epimediyasına yoluxduğu şühbəsi ilə müaliciyə götürülüb. Yarısından çoxu uşaq olmaqla min 600 nəfər epidemiyadan həyatını itirib.