Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, rəsmi Dohanın regionda yürütdüyü siyasətində dəyişiklik etməyənə qədər, Ər-Riyadın Qətərlə əvvəlki münasibətlərini bərpa etməyəcəyini deyib:
“Bizim Qətərə qarşı birgə mövqeyimiz terrorçuluqdan çəkdiyimiz əziyyətlərə görədir. Ümid edirik ki, Türkiyə Qətərlə bağlı bitərəf mövqe tutacaq. Lakin İrana gəlincə, məsələ fərqlidir. İran rejimi dünyada beynəlxalq terrorçuların 1 nömrəli himayədarıdır. Bu rejim terrorçuluğa dəstək verən istənilən ölkəyə yardım edir və onu dəstəkləyir. Məhz buna görə də hesab edirik ki, İran rejimi ilə əməkdaşlıq edən hər bir ölkə bu addımının mənfi tərəfini görəcək. Çünki belə bir əməkdaşlığın xeyri yoxdur”.
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.
İyunun 23-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla diplomatik münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələbi də olub.
İyulun 3-də 4 ölkə Qətərə verilən vaxtı 48 saat müddətinə uzadıb. Müddətin uzadılması qərarından sonra Qətər Müdafiə naziri Xalid əl-Atiyyə lazım olsa, ölkəsinin müdafiəyə hazır olduğunu açıqlayıb: "Hərbi müdaxilə olsa, müharibəyə və ölkəmizi qorumağa hazırıq. Qətər tarix boyu asan təslim olmadığını sübut edib".
Qətər hökuməti şərtlərlə bağlı son qərarını Misiriə təqdim edib.