6 İyul 2017 21:57
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 5-də Qahirədə görüşən Misir, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığı Qətərlə bağlı birgə bəyanat qəbul ediblər.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, dörd ölkənin nazirləri Qətərin ekstremizmə və terrorçuluğa dəstək verməsi, Ərəb ölkələrinin daxili işlərinə müdaxiləsi və onun Ərəb milli təhlükəsizliyi, eləcə də beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən siyasətinin dayandırması ilə bağlı göstərilən səylər ətrafında danışıqlar aparıblar.

4 dövlət beynəlxalq saziş, nizamnamə, qətnamələrdə, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlıq Təşkilatı və beynəlxalq terrorizmlə mübarizə üzrə konvensiyaların nizamnamələrində nəzərdə tutulmuş prinsiplərə riayət olunmasının vacibliyinə əsaslanan mövqeyini vurğulayaraq bir sıra prinsiplərin vacibliyini qeyd ediblər: (Bütün formalarda ekstremizm və terrorizmlə mübarizə öhdəliyinə əməl etmək və onların maliyyələşdirilməsinin və ya təhlükəsiz sığınacaqlarla təmin edilməsinin qarşısını almaq; Bütün növ qızışdırıcı işləri, nifrət və zorakılığa çağıran çıxışları dayandırmaq; Ərəb Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurası çərçivəsində 2013-cü ildə imzalanan Riyad Sazişi, 2014-cü ildəki Əlavə Saziş və onun icra mexanizminə tam riayət etmək; 2017-ci ilin may ayında Riyadda keçirilmiş Ərəb, İslam-ABŞ Sammitinin bütün qərarlarına əməl etmək; Dövlətlərin daxili işlərinə qarışmamaq və qanundankənar xarici qurumlara dəstək verməkdən imtina etmək; Beynəlxalq ictimaiyyətin bütün dövlətlərinin beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən ekstremizmin və terrorizmin bütün növlərinə qarşı mübarizə aparmaq məsuliyyəti).

Dörd ölkə vurğulayıb ki, ekstremizm və terrorizmə dəstək vermək və ərəb ölkələrinin daxili işlərinə qarışmaq məsələsi çək-çevir edilə bilməz: “Qətərə verilən tələblər, yuxarıda sadalanan altı prinsipə riayət olunmasını təmin etmək, ərəb milli maraqlarını gözləmək, beynəlxalq təhlükəsizlik və sülhün qorunması, ekstremizm və terrorizmlə mübarizə aparılması, regiondakı böhranlarının siyasi həllinə nail olmaq üçün müvafiq şəraitin yaradılması çərçivəsində irəli sürülüb. Ona görə də Qətər dövlətinin oynadığı dağıdıcı rola dözmək mümkün deyil”.

Sözügedən ərəb ölkələri vurğulayıb ki, onlar tərəfindən görülən və görüləcək tədbirlər Qətərin beynəlxalq hüququn öhdəliklərini pozması, ərəb dövlətlərinin işlərinə davamlı müdaxiləsi, ekstremizmə və terrorizmə verdiyi dəstəyin nəticəsidir və bütün bunlar bölgənin təhlükəsizliyini təhdid edir.

Dörd ölkə, Qətər Dövləti ilə böhranı həll etmək üçün göstərdiyi səylərə görə Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əs-Sabaha təşəkkürlərini bildirib, həmçinin Qətərdən gələn mənfi cavaba görə öz təəssüflərini ifadə ediblər 4 ərəb ölkəsi ekstremizm və terrorizmi dəstəkləməsinə dərhal son qoyulması və aradan qaldırılmasına, bu məsələdə hər hansı bir tərəfin hər hansı bir pozuntunun dözülməz olduğuna dair ABŞ prezidenti Donald Trampın qətiyyətli mövqeyinə görə ona təşəkkürlərini ifadə ediblər. Nazirlər vəziyyəti izləmək və növbəti görüşlərinin Manamada keçirməsi ilə bağlı razılığa gəliblər.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər